Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Rusiya 2022-ci ildən etibarən neft hasilatını azaltmağı planlaşdırır

29-12-2018, 11:17 Baxış: 99
Rusiya 2022-ci ildən etibarən neft hasilatını azaltmağı planlaşdırır
Rusiyanın 2035-ci ilə qədər olan mineral-xammal bazasının inkişaf strategiyası 2022-ci ildən etibarən neft hasilatında azalmanı nəzərdə tutur.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə 2035-ci ilə qədər Rusiya Federasiyasının mineral-xammal bazasının inkişaf strategiyası sənədində qeyd olunur. Sənədə əsasən, Rusiyada neft hasilatı 2020-2021-ci illərdə 562 milyon ton səviyyəsində pik nöqtəyə çatacaq. Eyni zamanda, 2018-ci ildə neft hasilatının 549 milyon tona, 2019-cu ildə isə 557 milyon tonadək artacağı gözlənilir. Lakin 2022-ci ildə Rusiyada neft hasilatının 562 milyon tondan 560 milyona qədər azalacağı proqnozlaşdırılır.
2023-cü ildə neft hasilatının 558 milyon ton, 2024-cü ildə isə 557 milyon ton səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak 2018-ci ildə Rusiyada neft hasilatının 556 milyon ton olacağını və 2019-cu ildə də bu səviyyənin saxlanılmasının mümkünlüyünü bildirib.