Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil

1-01-2019, 11:26 Baxış: 90
Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində iqtisadi nailiyyətlərimizə də toxunub.
Dövlətimizin başçısı bu gün Azərbaycanın iqtisadi inkişaf baxımından heç kimdən asılı olmadığını bildirib. Prezident vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb.
Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur.
Dünya Bankının "Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb.
Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.