Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Bakıda yeni "Mall" tikiləcək

4-01-2019, 21:45 Baxış: 210
Bakıda yeni "Mall" tikiləcəkAzərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Yasamal Yaşayış Kompleksinin və şəhərin bu ərazisində yaşayan sakinlərin ehtiyaclarını qarşılamaq üçün yeni ticarət-əyləncə mərkəzinin (Mall) tikintisi nəzərdə tutulub.
Məlumata görə, "Zefir Mall” adlanacaq yeni mərkəzin layihəsi artıq hazırlanıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Ümumi sahəsi 11,6 hektar olan Kompleksdə "Zefir Mall” 6500 kvadrat metr sahəni əhatə edəcək, öz minimalist və modern xarici dizaynı ilə xüsusilə seçiləcək.
"Zefir Mall” ziyarətçilərin rahatlığını təmin etmək üçün fərqli brendlərin məhsullarını təqdim edəcək.
Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.