Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 07.01.2019

7-01-2019, 09:00 Baxış: 31
 MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 07.01.2019
Beynəlxalq maliyyə bazarlarında investorlar bu həftə də dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma proqnozlaşdırılır.
EUR.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi də 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.15$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorlarında diqqət mərkəzindədir.
GBP.
GBP/USD məzənnəsi də bahalaşmaqdadır. 1.27$-a təklif edilən funt sterlinqin dünya birjalarında qiyməti 1.28$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma burada da 1.29$-a kimi davam edə bilər.
İngiltərə höküməti ilə Avropa Birliyi arasında razılaşdırılan Breksit sazişinin gələn həftə parlamentdə səs verməyə çıxarılması da böyük maraqla gözlənilir.
TRY.
Türkiyə maliyyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilməkdədir.
5.33TL-yə ticarət edilən USD/TRY məzənnəsi 5.30TL-ni də aşağı istiqamətdə qırarsa, 5.20TL-yə kimi də ucuzlaşa bilər.
OIL.
Avropanın Brent markalı neftinin qiyməti dünya bazarlarında tələbin artması ilə 57$-a kimi bahalaşıb.
Qiymət 58$-ı da yuxarı istiqamətdə qırarsa, 62$-a kimi də dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olur.
Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1292$-ı (41.5 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1309$-a (42.1 $/qram) kimi də dəyər qazana bilər.