Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

TCMB-NİN FAİZ QƏRARI DİQQƏT MƏRKƏZİNDƏ

16-01-2019, 10:01 Baxış: 88
TCMB-NİN FAİZ QƏRARI DİQQƏT MƏRKƏZİNDƏ
Bu həftənin ikinci ən önəmli hadisələrdən biri TCMB-nin faiz qərarının maliyyə bazarlarında volatilliyin artmasına səbəb ola biləcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, Breksit ilə bağlı ən son plan Tereza Mey hökuməti tərəfindən keçən ilin noyabrında təsdiq olunmuşdu. Həmin layihə əsasında, İngiltərə bu ilin mart ayının 29-da AB-ni qəti olaraq tərk etməli idi. Beynəlxalq valyuta birjalarında İngiltərə parlamentində Avropa Birliyi ilə razılaşdırılan Breksit planının qəbul olunmaması, dünyada siyasi və iqtisadi risklərin də artmasına səbəb olacağı gözlənilir.
Böyük Britaniyanın İcmalar palatası Tereza Mey hökumətinin ölkənin Avropa Birliyindən çıxmaqla bağlı təqdim etdiyi planı fonunda keçirilən debatlardan sonra qanun layihəsinin əleyhinə 402 deputat səs verib. Tereza Mey sadəcə 202 parlament üzvünün dəstəyini qazana bilib.
Bundan öncə Lordlar palatasında keçirilən analoji səsvermə zamanı da təqribən eyni nəticə (302 əleyhinə, 152-lehinə) qeydə alınmışdı. İndi İngiltərəni AB-dən daha sərt ayrılma şərtləri gözləyir. Avropa Birliyi də özünü bu hadisəyə hazırlayıb. Keçən il dekabırın 19-da AB Komissiyası İngiltərənin hər hansı saziş olmadan ayrılması halında təcili tədbirlər planının hazır olduğunu xəbər etmişdi. Bütün bunlar Amerika Mərkəzi Bankının (FED) faiz artımı gözləntilərinə də mənfi təsir etməklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına səbəb ola bilər. Təhlillərə əsasən, hal-hazırda keçən həftənin minimum səviyyəsi üzərində ticarət edilən dolların aparıcı valyutala nisbətən qiymətləri, minimum səviyyəni yenidən aşağı istiqamətdə qırarsa, dollarda ucuzlaşma son yarım ilin minimum səviyyəsinə kimi davam edə bilər.
TCMB-nin faiz qərarı diqqət mərkəzində. Bununla yanaşı, bu gün investorların diqqət mərkəzində olan digər bir hadisə Bakı vaxtı ilə saat 15:00-da yayımlanacaq Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarıdır.
TCMB faizlərində azalmaya gedərsə, USD/TRYməzənnəsi yenidən 5.54TL-yə kimi bahalaşa bilər.