Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FOREKS: DOLLAR DİQQƏT MƏRKƏZİNDƏ

17-01-2019, 09:54 Baxış: 45
FOREKS: DOLLAR DİQQƏT MƏRKƏZİNDƏ
Amerikanın fond bazarlarında yaşanıla biləcək növbəti böhran, dolların dünya birjalarındaki qiymətlərinə də mənfi təsir edə bilər.
Beynəlxalq valyuta birjalarında bu gün və gələcək günlər ərzində investorların diqqət mərkəzində olacaq önəmli hadisə Amerikanın fond bazarlarındaki tendensiyadır.
Cari ilin əvvəlindən etibarən 13%-ə kimi dəyər qazanan Amerikanın S&P və Dou Cons indekslərinin yenidən ucuzlaşa biləcəyi riski aktuallaşıb.
Bu, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin son günlər 1%-lik bahalaşmasından sonra yenidən son yarım ilin minimum səviyyələrinə kimi ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.14 və 1.29$-ın üzərində möhkəmlənərsə, 2%-ə kimi bahalaşa biləcəkləri proqnozlaşdırılır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.