Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FOREKS BAZARLARINDA ZƏİF DALĞALANMA

22-01-2019, 09:52 Baxış: 73
FOREKS BAZARLARINDA ZƏİF DALĞALANMAFOREKS BAZARLARINDA ZƏİF DALĞALANMA
Dünya maliyyə bazarlarında Amerika fond bazarlarında müşahidə edilən dalğalanma fonunda qeyri-müəyyənlik, ticarət aktivliyinin zəifləməsinə təsir edir.
Foreks bazarlarında zəif dalğalanma EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.14 və 1.29$ ətrafında dalğalanmaqda davam edir. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 5.32TL-nin üzərində ticarət edilir. Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftənin maksimum səviyyəsini qırarsa, əlavə olaraq, 0.4% də bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30, 14:00 və 19:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı, Almaniyanın iqtisadi gözləntilərini ölçən indeks və ABŞ-ın təkrar mənzil bazarında satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.