Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Elman Rüstəmovdan manatla bağlı açıqlama

Elman Rüstəmovdan manatla bağlı açıqlamaBu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Bu barədə AMB xəbər verir.
Məlumata görə, qurumun struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, Möhtərəm Prezidentin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb.
İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşmiş, iqtisadi artım davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.