Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 28.01.2019

28-01-2019, 08:58 Baxış: 77
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 28.01.2019Beynəlxalq maliyyə bazarlarında bu həftə dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, diqqət mərkəzində olacaqdır.
EUR.
Beynəlxalq valyuta birjalarında avroya olan tələbin artması fonunda EUR/USD məzənnəsi 1.1422$-a kimi bahalaşıb. Bunun əsas səbəbi Amerika höküməti ətrafında siyasi risklərin artması ilə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasıdır. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1400$-ın üzərində möhkəmlənərsə, 1.1507$-a kimi də bahalaşa bilər.
Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 14:00, cümə günü saat 14:00 və 17:30-da müvafiq olaraq yayımlanacaq, Avrozonanın iqtisadi inkişaf, Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP.
GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Hal-hazırda dünya birjalarında 1.3200$-ın üzərində təklif edilən məzənnə, 1.3217$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3297$-a kimi də bahalaşa bilər. İngiltərə höküməti ilə Avropa Birliyi arasında sərt Breksit prosesi də diqqət mərkəzində saxlanılmalıdır. TRY.
Türkiyə maliyyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilməkdədir.
Beləliklə, USD/TRY məzənnəsi 5.2460TL-ni də aşağı istiqamətdə qıraraq altında qalarsa, 5.2033TL-yə kimi də ucuzlaşa bilər.
OIL.
Avropanın Brent markalı neftinin qiyməti üzrə təhlillərə əsasən, bir barelin qiyməti 62.30$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46$-a kimi dəyər qazana bilər. Bu həftənin çərşənbə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Dünyada siyasi, xüsusilə də ABŞ höküməti ətrafında risklərin yenidən artması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 2% bahalaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1304$-ı (41.9 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1314$-a (42.3 $/qram) kimi də dəyər qazana bilər.