Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

ABŞ-DA BOŞ İŞ YERLƏRİNİN SAYINDA GÖZLƏNİLMƏZ ARTIM

13-02-2019, 08:52 Baxış: 101
ABŞ-DA BOŞ İŞ YERLƏRİNİN SAYINDA GÖZLƏNİLMƏZ ARTIM
Beynəlxalq maliyyə bazarlarında son günlər bahalaşan dolların qiymətinə dəstək ola biləcək bir xəbər də ABŞ-ın əmək bazarından gəlib.
ABŞ-da boş iş yerlərinin sayında gözlənilməz artım Amerikanın statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə boş iş yerlərinin sayı dekabr ayında 7.166 milyondan 7.335 milyona yüksəlib. Noyabr ayının 6.888 milyonluq göstəricisi də redakte edilib və mütəxəssislər bu gün bu göstəricinin 6.900 milyona kimi yüksələcəyini proqnozlaşdırırdılar. Beləliklə, artım proqnozlardan yüksək olub. Bununla yanaşı, göstərici son 17-ci ilin maksimum səviyyəsini yeniləyib. Göstərici (ing.: "JOLTS", Job Openings and Labor Turnover Survey) ) Amerikada 16 000 şirkətin cəlb olunduğu sorğuya əsasən hazırlanır və aylıq olaraq dərc edilir. Sorğuya cəlb olunan şirkətlər ticarət, sənaye və xidmət sektorunu əhatə edir. Göstəricinin artması müsbət iqtisadi tendensiyaya işarədir. Lakin bununla bərabər işsizlik səviyyəsi də artarsa, bu, əmək bazarında tarazlığın pozulmasını və ixtisaslı kadrların çatışmazlığını göstərir. Ümumilikdə isə "JOLTS" indikatprunda artım müsbət qiymətləndirilir və dolların bahalaşmasına təsir edir. Qeyd etmək lazımdır ki, dekabr ayında ABŞ-da işsizlik 3.7%-dən 3.9%-ə yüksəlmiş, yanvar ayında 4.0%-ə çatmışdı.