Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

14-02-2019, 07:21 Baxış: 11

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşırAmerikanın demokrat və respublikaçı senatorları Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini gündəliyə daxil ediblər.

RİA "Novosti" xəbər verir ki, bu barədə senator Bob Menendesin çərşənbə günü yayılan bəyanatında deyilir.

"Hərtərəfli qanunvericilik Rusiyanın xarici ölkələrdə gedən demokratik proseslərə müdaxiləsinə, Suriyaya göstərdiyi zərərli təsirlərə və Ukraynaya qarşı təcavüzünə, o cümlədən Kerç boğazındakı insidentə cavab olaraq Rusiya Federasiyasına iqtisadi, siyasi və diplomatik təzyiqi artırmağa yönəlib", - deyə bəyanatda bildirilir.

Daha əvvəl ABŞ Rusiyaya qarşı əvvəlki sanksiyaların ləğv edilməsi üçün şərtlərini açıqlayıb.