Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

USD/TRY 5.40TL-YƏ KİMİ BAHALAŞDI

1-03-2019, 08:15 Baxış: 14
USD/TRY 5.40TL-YƏ KİMİ BAHALAŞDIBeynəlxalq valyuta birjalarında Amerika sessiyasında lirənin qiymətində ucuzlaşma sürətlənib və treyderlər üçün növbəti artım hədəflərini maraqlı edir.
USD/TRY 5.40TL-yə kimi bahalaşdı Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsində bahalaşma Amerika sessiyasında 5.40TL-yə kimi sürətlənib.
Maliyyə bazarlarında sözügedən səviyyə ciddi müqavimət səviyyəsi hesab edilir və növbəti artım dalğası üçün önəmli rol oynayacaqdır. Təhlillərə əsasən, Dollar/Lirə məzənnəsi 5.3923TL-nin üzərində möhkəmlənərsə, 5.4472 və 5.4657TL-yə kimi də bahalaşa bilər.
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşdığı bir şəraitdə Türkiyə birjalarında dolların lirəyə nisbətən məzənnəsinin bahalaşması Türkiyə iqtisadiyyatında spesifik risklərlə əlaqədardır.
Türkiyə iqtisadiyyatında inflyasiyanın yenidən arta biləcəyi və Avropa bazarlarında ixrac məhsullarına tələbin azala biləcəyi riskləri, lirəyə təzyiq edən əsas amillər arasındadır. Bununla yanaşı, belə bir vəziyyətdə Türkiyə Mərkəzi Bankının yüksək faizləri də investisiyaları maraqsız edir.