Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

ABŞ XİDMƏT SEKTORUNDA AKTİVLİK SON ÜÇ AYIN MAKSİMUMUNDA

6-03-2019, 08:10 Baxış: 16
 ABŞ XİDMƏT SEKTORUNDA AKTİVLİK SON ÜÇ AYIN MAKSİMUMUNDA Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən fundamental xəbərlər arasında ABŞ-ın xidmət sektoruna dair göstəricilər müsbət açıqlanıb.
ABŞ xidmət sektorunda aktivlik son üç ayın maksimumunda Təchizat idarəetmə institutunun (ing.: "ISM") xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksi fevral ayında 59.7 punkta kimi 3 punkt yüksələrək, son üç ayın maksimum səviyyəsinə yüksəlib. Göstərici sahibkarlar arasında müxtəlif mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.