Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada infrastruktur layihələrində yaxından iştirak edir

15-05-2019, 09:17 Baxış: 10
Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada infrastruktur layihələrində yaxından iştirak edir
Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada yol, tikinti və digər infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər.
Bu fikri Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi tərəfindən təşkil olunan iftar süfrəsində çıxışı zamanı birliyin sədri Əli Əliyev söyləyib.
O, Ukraynada çalışan azərbaycanlı iş adamlarının həmişə Azərbaycan dövlətinin dəstəyini hiss etdiyini bildirib. Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə çıxış edərək iki ölkənin dostuq və qardaşlıq münasibətlərini vurğulayıb.
Qeyd edib ki, həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli amilə çevrilib. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə çıxışında birgə regional layihələrin əhəmiyyətindən danışıb.
Bildirib ki, Azərbaycan və Türkiyənin regional layihələri Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir.
Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığa və sərmayə qoyuluşuna verdikləri böyük önəm də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çoxdur.