Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

AVRO 1.14$-A KİMİ BAHALAŞA BİLƏR

18-07-2019, 10:32 Baxış: 860
AVRO 1.14$-A KİMİ BAHALAŞA BİLƏR
EUR/USD məzənnəsində 1.14$-a kimi bahalaşma proqnozları. Beynəlxalq valyuta birjalarında Avrozonada müsbət açıqlanan inflyasiya göstəriciləri EUR/USD məzənnəsinin 1.12$-da dəstək görməsinə səbəb olub.
Təhlillərə əsasən, avronun qiyməti 1.12$ üzərində qaldıqca, 1.14$-a kimi də bahalaşa bilər.
Qızılda bahalaşma diqqət mərkəzində.
Bununla yanaşı, Amerika mərkəzi bankının (FED) uçot faizlərini azalda biləcəyi ehtimalları və dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olub.
Beləliklə, qızılın bir unsiya üzrə qiymətində dinamika qorunarsa, 1442$-a kimi bahalaşma davam edə bilər.