Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

FOREKS: FED-İN AÇIQLAMALARI VƏ DOLLAR

31-07-2019, 16:30 Baxış: 33
FOREKS: FED-İN AÇIQLAMALARI VƏ DOLLAR
FED-in ölkə daxilində iqtisadi aktivliyin artmasına təsir etməsi, beynəlxalq valyuta birjalarında dolların da iyul ayında bahalaşmasına səbəb olub.
Amerika mərkəzi bankının (FED) iyul ayında faiz azaldılmasına gedə biləcəyi ehtimalları, ölkə daxilində iqtisadi aktivliyin artmasına və beləliklə, bu, beynəlxalq valyuta birjalarında da dolların bahalaşmasına səbəb olub.
FED-in faiz azaldılması ehtimalları ölkə daxilində maliyyə şərtlərinin qismən asanlaşacağı, investisiyaların artacağı və qiymətlərin, inflyasiyanın artacağı ehtimallarını da artırır.
Bu da daxili bazarda, xüsusilə də daşınmaz əmlak bazarında dövriyyənin artmasına səbəb olur.
Dövriyyənin artması dollara olan tələbi artırmaqla yanaşı, bahalaşmasını da şərtləndirir.
Dolların aparıcı valyutalara nisbətən orta qiyməti iyul ayında 3% bahalaşaraq, son iki ilin maksimum səviyyələrində ticarət edilir.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da dərc ediləcək FED-in faiz qərarında 0.25%-lik azaldılma ehtimalları isə artıq qiymətlərdə öz əksini tapıb.
İnvestorlar daha çox saat 22:30-da baş tutacaq bankın mətbuat konfransında sədr Jerom Povelin gələcək gözləntilərə dair açıqlamalarını gözləyirlər. FED sədri ölkə iqtisadiyyatına maliyyə dəstəyinin gələcək aylarda da davam etdiriləcəyi haqqında danışarsa, dollarda bahalaşma daha da güclənə bilər.
EUR/USD və GBP/USD məzənnələri də son iki ilin minimum səviyyələrdində ticarət edilirlər.
1.11$-a ticarət edilən avronun 1.10, 1.21$-a ticarət edilən funt isə 1.20$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, bu gün ABŞ ilə Çin arasında başlayan növbəti ticarət müzakirələrinə dair açıqlamalar da diqqət mərkəzində saxlanılmalıdır.