Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

FED-İN AÇIQLAMALARI DOLLARI BAHALAŞDIRDI

1-08-2019, 10:31 Baxış: 35
FED-İN AÇIQLAMALARI DOLLARI BAHALAŞDIRDI
FED-in ölkə iqtisadiyyatına maliyyə dəstəyinin gələcək aylarda da davam etdiriləcəyi haqqında açıqlamaları, dolların bahalaşmasına səbəb olub.
Amerika mərkəzi bank (FED) sədri Jerom Povel uçot faiz dəhlizini 2.00-2.25%-ə kimi azaldılması qərarından sonra mətbuat konfransında çıxışı zamanı ticarət böhranlarının qlobal iqtisadiyyata mənfi təsir etməsinin faizlərin də azaldılmasına səbəb olduğunu deyib. Faizlərin azaıldılması orta müddətli perspektivdə bazarlara və ABŞ iqtisadiyyatına dəstək olacaqdır.
Bununla yanaşı, faizləin azaldılması qlobal risklərin ABŞ iqtisadiyyatına təsirləri fonunda ehtiyat addımdır.
FED əlavə faiz azaldılması haqqında da işarələr verib: "Məqsəd ABŞ iqtisadiyyatının on ildir davam edən inkişafını qorumaq üçün uyğun davranmaqdır", deyə Povel bildirib. İstiqraz alışı proqramının azaldılması da avqust ayında dayandırılacaqdır. Bundan öncə bu, oktyabr ayına planlaşdırılmışdır.
Povel dünənki faiz qərarının azaldılmanın uzun seriyasının yeganə və son tədbiri olmadığını da əlavə edib.
Qeyd etmək lazımdır ki, növbəti faiz qərarı sentyabrda olacaqdır. EUR/USD və GBP/USD məzənnələri də son iki ilin minimum səviyyələrini yeniləyiblər. 1.10$-a ticarət edilən avronun 1.09, 1.21$-a ticarət edilən funt isə 1.20$-a kimi ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə mərkəzi bankının faiz qərarı və saat 18:00-da Amerikanın sənaye sektoru ilə bağlı yayımlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.