Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Tramp Çin mallarının gömrük tariflərini yenə qaldıracağını bəyan edib

2-08-2019, 09:00 Baxış: 28
Tramp Çin mallarının gömrük tariflərini yenə qaldıracağını bəyan edib
ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 300 milyard dollar dəyərində mallara əlavə 10 faizlik rüsumların tətbiq olunacağını bəyan edib.
"South China Morning Post" qəzeti xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı özünün "Tvitter" səhifəsində belə yazıb.
O, yeni tariflərin tətbiqinin sentyabrın 1-dən başlayacağını bildirib.
Qeyd edək ki, Donald Trampın yeni tariflər barədə bəyanatı iki ölkə arasında may ayından dayanmış ticarət danışıqlarının bir neçə aylıq fasilədən sonra iyulun 30-31-də Şanxayda keçirilmiş 13-cü mərhələsindən sonraya təsadüf edir.
Prezident Donald Tramp Çin tərəfinin ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulu alacağını bəyan etsə də, bunu reallaşdırmadığını bildirib.