Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

HSBC-nin baş direktoru vəzifəsini tərk edib

5-08-2019, 10:58 Baxış: 209
HSBC-nin baş direktoru vəzifəsini tərk edib
Dünyanın və Böyük Britaniyanın aparıcı bank qrupu - HSBC-nin baş direktoru Con Flint vəzifəsindən istefa verib.
Bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir. Məlumata görə, o, həmçinin holdinqin Müşahidə Şurasındakı vəzifəsini də tərk edib. Məsələ ilə bağlı HSBC-nin açıqlamasında isə bildirilir ki, "getdikcə çətinləşən və problemli" qlobal mühitdə rəhbər dəyişikliyinə ehtiyac var.
C.Flint isə Bankın maliyyə göstəricilərinin qənaətbəxş olduğunu bildirib.
Qeyd edək ki, bu ilin I yarısında HSBC-nin vergiyəqədərki mənfəəti 12,4 milyard ABŞ dolları v yaxud 10,2 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 15,8% çoxdur.
HSBC-yə müvəqqəti olaraq 2015-ci ildən "Global Commercial Banking”ə rəhbərlik edən və 32 ildir bu şirkətdə çalışan Noel Kuin rəhbərlik edəcək.