Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

LİRƏ YENİDƏN UCUZLAŞDI

21-08-2019, 10:52 Baxış: 37
LİRƏ YENİDƏN UCUZLAŞDI
USDTRY məzənnəsi 5.71 səviyyəsinə yüksəldi.
ABŞ-ın S400 təslimatından sonra ehtimal olunan sanksiyaların tətbiq edilməməsi, Suriyada güvənli bölgə məsləsi ilə bağlı görüşlərin pozitiv yekunlaşması səbəbilə lirə digər inkişaf etməkdə olan olkələrin valyutaları ilə müqaisədə beynəlxalq maliyyə bazarlarında bahalaşmışdı.
ABŞ ÇinəƏlavə 10% gömrük rüsumlarının tətbiqi sanksiyasını dekabr ayına qədər təxirə salmış, buna cavab olaraq da Çin Huawei texnoloji firmasına ABŞ-dan məhsul alımına izin verilməsinə dair müddəti 90 gün uzatdı. Atılan bu addımlar ticarət müharibələri üçün atəşkəs siqnalı kimi qəbul edildi və qlobal birjalarda atımlar müşahidə edildi.
Ticarət müharibələrindəki inkişaflarla yanaşı, çünki Çinin kredit faizlərinin aşağı salınması siqnalları bazarlara dəstək vermiş və yüksəliş tendensiyası yaşanmışdır. Almaniya iqtisadiyyatındakı mənfi tendensiyanın dərinləşməsi səbəbilə bölgənin pul və maliyyə siyasətində genişlənmə gözləntisinin artması da qlobal bazarlarda bahalaşmanı dəstəkləyir. Bu, qlobal idəyərləndirmədə qısa müddətdə əlverişli görünsə də, ortamüddətli perspektivdə iqtisadiyyata zərər verəcəyi şübhəsizdir.
TL tərəfindəki son vəziyyətə baxdığımızda; İqtisadi göstəricilərdəki geriləmə davam edir.
Sənaye istehsalı və pərakəndə satışlardakı enişlə iqtisadi geriləmənin davam etdiyini təsdiqləyir.
Eyni zamanda dünən açıqlanan mənzil satışlarına dair statistik rəqəmlərə baxdığımızda Türkiyə daxilində mənzil satışlarının iyul ayında bir əvvəlki ilin eyni ayına görə 17.5% nisbətində azaldığını görərik.
TCMB dünən zəruri ehtiyat nisbətini və tələb olunan ehtiyatlara ödənilən faiz ödənişlərini dəyişdirməyə qərar verdi.
Mərkəzi Bank, yüksək kredit artımı olan bankların TL öhdəlikləri üçün ehtiyat tələblərini azaltsa da, TL ehtiyat tələbləri üçün ödədikləri faiz dərəcələri, kredit artımı yüksək olan banklar üçün daha çox faiz tətbiq edəcəkdir. TCMB-nin bu qərarından sonra TL qiymətləri ucuzlaşdı və həftənin ilk iki ticarət günündə TL ən çox dəyərdən düşən inkişaf edən ölkə valyutası oldu. USDTRY məzənnəsi 5.71 səviyyəsinə yüksəldi.
Ayın əvvəlində ABŞ Dollar İndeksinin kəskin düşməsindən sonra dollar itkilərini bərpa edərək 98.0 səviyyəsinə yüksəldi.
ABŞ və Çin arasındakı son hadisələr dolları dəstəklədi və dollar dünya bazarlarında yüksəlişini qorudu. USDTRY cütlüyündə 100 günlük hərəkət ortalaması olan 5.7260 həddi ən yaxın müqavimət həddi kimi dəyərləndirilə bilər.
5.64-dən yuxarı gündəlik bağlanma isə məzənnəni yenidən 5.78-5.82 aralığına qədər artımların davam etməsinə imkan yarada bilər.