Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Dövlət qurumlarında innovasiya auditi keçiriləcək

28-08-2019, 10:29 Baxış: 48
Dövlət qurumlarında innovasiya auditi keçiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi yaxın zamanlarda innovasiya auditi keçirməyi planlaşdırır.
Bunu Agentliyinin sədri Tural Kərimli "AZCLOUD Hackathon 2019" müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, artıq bir neçə dövlət qurumu ilə ilkin razılaşma əldə olunub.
"Bu innovasiya auditi nəticəsində hansı dövlət qurumu, hansı innovativ həllər tətbiq edə bilər, hansı prosesləri daha da optimallaşdıra bilər, auditin nəticəsində bu tələblər müəyyən olunacaq", - T. Kərimli vurğulayıb.