Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar

5-09-2019, 15:01 Baxış: 138
AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblarAZƏRTAC və İsrailin Tazpit xəbər agentliyi informasiya mübadiləsi və media texnologiyaları sahəsində əməkdaşlığa başlayır. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal arasında Bakıda keçirilən görüşdə əlaqələrin qurulması və perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan və İsrail arasında sıx mədəni, tarixi əlaqələrin olduğunu deyən Aslan Aslanov ölkələrimizin hazırda bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirib. Qeyd olunub ki, bütün bunlar informasiya sahəsində də tərəfdaşlıq üçün böyük imkanlar açır. İlkin mənbədən məlumat mübadiləsinin iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. AZƏRTAC ilə tərəfdaşlığa böyük önəm verdiklərini vurğulayan Tazpit agentliyinin icraçı direktoru Amotz Ayal bu əməkdaşlığın ölkələrimizi bir-birinə daha yaxından tanıtmaq baxımından faydalı olacağını deyib. "Tazpit İsrailin ilk xəbər agentliyi olaraq ölkə həyatının bütün sahələri üzrə informasiya yayır. Yeni yaranmış media qurumu olmasına baxmayaraq, media texnologiyalarını fəal şəkildə tətbiq edir”, - deyə Amotz Ayal bildirib. Sonra Əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanma mərasimi olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsini, kadrların hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən, agentliklər gündəlik xəbər mübadiləsi həyata keçirəcəklər. Amotz Ayal AZƏRTAC-ın jurnalistləri ilə görüşdə bildirib ki, bu gün imzalanan sənəd Tazpit-in xarici xəbər agentliyi ilə ilk rəsmi əməkdaşlıq müqaviləsidir. O, ilk tərəfdaş kimi AZƏRTAC-ı seçmələrinin təsadüfi olmadığını deyib. Qeyd edib ki, AZƏRTAC-ın yüzdən çox agentliyi ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, nüfuzlu xəbər agentlikləri ilə tərəfdaşlıq əlaqələri qurması bu seçimi şərtləndirən amillərdir. Əsasən də buna İsrail və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsi öz təsirini göstərib. Görüşdə, həmçinin Azərbaycanda multikultural mühitdən, Azərbaycan və yəhudi xalqlarının burada tarixən sülh şəraitində yaşamasından, müasir media və jurnalistikanın inkişafı tendensiyalarından danışılıb.