Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

AVRONUN UCUZLAŞMASI, QIZIL VƏ NEFTİN BAHALAŞMASI

24-10-2019, 09:46 Baxış: 2 345
AVRONUN UCUZLAŞMASI, QIZIL VƏ NEFTİN BAHALAŞMASI
Bu gün saat beşin yarısı AMB-nin verəcəyi açıqlamalar və monetar şərhlər fonunda ticarət aktivliyinin artması gözlənilir.
AMB-nin açıqlamalarından sonra avro ucuzlaşa bilər. Beynəlxalq valyuta birjalarında bu gün investorların diqqət mərkəzində olacaq hadisə Avropa Mərkəzi Bankının (AMB) inflyasiya və inkişaf gözləntilərinə dair açıqlamalarıdır.
Bankın faiz qərarında dəyişiklik proqnozlaşdırılmasa da Avrozonada inflyasiya və inkişafa dair gözləntilər pisləşməkdədir.
Bu, Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq mətbuat konfransında da dilə gətirilərsə, maliyyə bazarlarında volatillik yenidən arta bilər. Təhlillərə əsasən, avronun 1.12$-ın altında qaldıqca, 1.10$-a kimi ucuzlaşa biləcəyi proqnozları da gündəmdədir. Qızıl və Brent neftində bahalaşma. Əlvan metallar bazarlarında isə qızılın qiyməti artan Breksit qeyri-müəyyənliyi ilə bahalaşıb və 1502$-a kimi dəyər qazana bilər.
Enerji birjalarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti ABŞ-da ehtiyatların azalması xəbərləri ilə bahalaşıb və 62$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.