Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub

28-10-2019, 17:57 Baxış: 21
Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin ticarət elçisi baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanaraq BP şirkəti ilə Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib.
 
BP şirkətinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşı olduğunu deyən nazir bərpa olunan enerji üzrə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. Baronessa Emma Nikolson isə bərpa olunan enerji sahəsində görülən işlərin cari vəziyyəti barədə maraqlanıb.
Bildirilib ki, hazırda müxtəlif şirkətlərdən daxil olmuş təkliflər dəyərləndirilir. Külək və günəş üzrə nəzərdə tutulan layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı vəziyyət öyrənilir.
 
Görüşdə qlobal miqyasda davamlı enerji təminatında bərpa olunan enerjinin artan rolu, xərclərin azalması ilə bərpa olunan enerjinin rəqabət qabiliyyətli olması və ekoloji təmiz enerjinin ətraf mühitin qorunmasına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.