Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

İlin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 20 milyon ton neft hasil edilib

5-11-2019, 16:59 Baxış: 9
İlin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 20 milyon ton neft hasil edilib
Bu ilin üçüncü rübündə "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 20 milyon ton neft hasil edilib.
Bu barədə "BP-Azerbaijan” şirkətinin hesabatında deyilir. Üç rüb üçün AÇG-dən ümumi hasilat – "Çıraq” (41 000), "Mərkəzi Azəri” (133 000), "Qərbi Azəri” (121 000), "Şərqi Azəri” (92 000), "Dərinsulu Günəşli” (95 000) və "Qərbi Çıraq” (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barrel və ya ümumilikdə təqribən 148 milyon barrel, yəni, 20 milyon ton olub. Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Rübün sonunadək 9 neft hasilat quyusu qazılıb.