Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

BP gələn ay "Şəfəq-Asiman" struktunda Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə qazma işlərinə başlayacaq

27-11-2019, 12:27 Baxış: 98
BP gələn ay "Şəfəq-Asiman" struktunda Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə  qazma işlərinə başlayacaq 
"Bu ilin dekabr ayında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanması nəzərdə tutulur".
 
Bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.
 
O qeyd edib ki, strukturda qazma işini həyata keçirəcək Heydər Əliyev adına yarımdalma qazma qurğusu artıq şirkətdədir və bəzi düzəlişlərdən sonra qazma işlərinə başlanılacaq.
 
Xatırladaq ki, "Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb.
 
BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir.
 
Burada qaz ehtiyatları olduğu ehtimal edilir.
 
Qeyd edək ki, "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir.
 
Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb.
 
Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.
BP gələn ay "Şəfəq-Asiman" struktunda Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə  qazma işlərinə başlayacaq