Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Universitetlər Bakının mərkəzindən köçürülür – Komitə

29-11-2019, 10:17 Baxış: 21
Universitetlər Bakının mərkəzindən köçürülür – Komitə
Baş Planda ali təhsil müəssisələrinin Xocəsən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur və həmçinin müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Bakının Baş Planı və nəzərdə tutulmuş layihələr barədə danışakən deyib. R.İdrisoğlu bildirib ki, strateji layihələr Baş Planın reallaşdırılmasında təkanverici rol oynayacaq: "Müxtəlif mənbələrdən, o cümlədən:
 
dövlət qurumları, özəl və ictimai təşkilatlardan və şəhər sakinlərdən təqdim olunmuş layihə təklifləri arasında seçilmiş on bir layihə Strateji Sessiyada elan olunub. Sözügedən layihələr Baş Plan paketində hökumətə təqdim olunacaq və bu layihələr təsdiqlənərsə, onların detallı texniki-iqtisadi əsaslandırılmaları hazırlanacaq”. Komitənin mətbuat katibi ali təhsil ocaqlarının Xocəsən gölü ətrafına köçürülməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, dünyaca məşhur universitetlərin təcrübəsindən istifadə ediləcək:
 
"Müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir. Burada dünyada aparıcı universitetlərin təcrubəsinə əsaslanaraq təhsil, elm və biznesin bağlanma nöqtəsinin yaradılması nəzərdə tutulur. Söhbət yalnız universitetlərin fiziki köçürülməsindən getmir. Layihə hökumət tərəfindən müsbət qiymətləndirilsə, kampusun yerləşdirilməsinin infrastruktur baxımından münasib olacağı, tərkibinə hansı təhsil ocaqlarının daxil olacağı kimi məsələlərə baxılacaq”. Komitədən bildirilib ki, Baş Planla bağlı hələlik xəritə və ya xüsusi maket yoxdur: "Layihə təsdiqlənərsə, hazırlanacaq”.