Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Prezident Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub

27-12-2019, 09:17 Baxış: 26
Prezident Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub
Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.
 
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.
 
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.
 
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini n daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. Həmçinin yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, ümumilikdə, respublikamızın iqtisadi inkişafına töhfə verəcək.