Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

"SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib"

31-01-2020, 15:43 Baxış: 82
"SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib"
 
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.
 
Bu barədə dövlət başçısı "Facebook”dakı səhifəsində bildirib. Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası çərçivəsində keçirilən görüş zamanı SOCAR-ın Ukraynanın enerji infrastrukturunun inkişafına sanballı töhfələr verdiyi qeyd edilib, ölkənin neft-qaz sənayesində SOCAR-ın iştirak edəcəyi yeni sərmayə layihələri müəyyənləşdirilib. Ukrayna prezidenti həmçinin 2019-cu ilin dekabr ayındakı Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini deyib.
 
Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, "SOCAR Ukraine" MMC-nin baş direktoru Elçin Məmmədov da iştirak ediblər.
 
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.