Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

190 manatın verilməsi bu gündən başlanır - Nazir

9-04-2020, 11:05 Baxış: 1 550
190 manatın verilməsi bu gündən başlanır - Nazir
Bu gündən ilk araşdırmadan keçən işsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlamağı planlaşdırırıq.
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində deyib.
 
"Sayın kifayət qədər çox olduğunu nəzərə alaraq bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq.
Artıq 30 min insanın məlumatı emal olunub və onlarla bağlı qərar qəbul edilib.
Ödəniş qrafikini də tənzimləməyə çalışırıq”, - o bildirib.
 
S.Babayev qeyd edib ki, bu gün 800, 1000, 5000 manat məvacib alanlara xüsusi dəstək verilməli deyil: "Repetitor kimi fəaliyyətini dayandıran müəllim həm də çalışdığı təhsil müəssəsindən əmək haqqı alır.
 
Ölkədə müəllimin orta əməkhaqqı 500 manatın üzərindədır, ona işsizlər üçün ayrılmış məvacibin verilməsi doğru olmaz”.