Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

SOCAR bu il Şimal boru kəməri ilə 600 min tona yaxın neft nəql etməyi planlaşdırır

16-07-2020, 11:13 Baxış: 240
SOCAR bu il Şimal boru kəməri ilə 600 min tona yaxın neft nəql etməyi planlaşdırır
 
SOCAR bu il Bakı-Novorossiysk boru kəməri ilə (Şimal boru kəməri) 585 min ton neft nəql etməyə planlaşdırır.
 
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
 
"Ötən il bu kəmərlə 824 min ton neft nəql edilib. İlkin olaraq planlaşdırılır ki, bu il Bakı-Novorossiysk kəməri ilə 585 min tona yaxın neft nəql edilsin", - deyə İ. Əhmədov qeyd edib.
 
Göründüyü kimi, ötən illə müqayisədə 2020-ci ildə bu istiqamət üzrə neftin nəqli 29% azalacaq ki, bu da cari ilin yanvarından texniki səbəblərdən sözügedən kəmərlə neftin nəqlinin dayandırılması ilə bağlıdır.
 
İyul ayının 17-dən etibarən Bakı-Novorossiysk ilə neftin nəqli bərpa ediləcək.
 
Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometr təşkil edir.