Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Fərhad Əliyevə yüksək vəzifə verildi

1-04-2021, 11:34 Baxış: 57
Fərhad Əliyevə yüksək vəzifə verildi
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.
Altaba.az Report-a istinadla xəbər verir ki, indiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.
Bundan başqa, "STP Global Cable” MMC-nin direktoru dəyişib.
Bu vəzifədə İdris Mustafayevi Əbdürrəhman Güngor əvəz edib.
STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.