Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Azərbaycanda elektrik enerjisi üzrə yeni gecə və gündüz tarifləri müəyyən edilib

Azərbaycanda elektrik enerjisi üzrə yeni gecə və gündüz tarifləri müəyyən edilib
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.
 
Altaba.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib. Qərar sabahdan qüvvəyə minir.
"Xatırladaq ki, bu qərarın əhali abunəçilərinə aidiyyəti yoxdur.