Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

BP və tərəfdaşları indiyədək Azərbaycandakı layihələrə 78 mlrd. dollardan çox sərmayə yatırıb

16-07-2021, 12:21 Baxış: 53
BP və tərəfdaşları indiyədək Azərbaycandakı layihələrə 78 mlrd. dollardan çox sərmayə yatırıb
Böyük Britaniyanın BP şirkəti öz tərəfdaşları ilə birlikdə bu vaxtadək Azərbaycanda operatorluq etdiyi layihələrə 78,5 mlrd.
 
ABŞ dollarından artıq sərmayə qoyub.
 
BP-dən verilən məlumata görə, BP şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. "Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib", - məlumatda qeyd edilir. Ümumilikdə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 mln. dollardan çox vəsait xərcləyib. Qeyd edək ki, BP şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrin iştirakçısıdır.