Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

ABŞ-ın bu qərarı Rusiya və Çini çökürdəcək

13-07-2016, 09:20 Baxış: 215
ABŞ-ın bu qərarı Rusiya və Çini çökürdəcək

Dollara yatırılan investisiyalar artacaq və etibarlı valyuta vahidi olaraq dollarla formalaşan valyuta səbətləri daha da çoxalacaq. 

Bu sözləri Kanzas ştatının FES rəhbəri Ester Corcun uçot dərəcəsinin artırılması ilə bağlı açıqlamasını şərh edərkən iqtisadçı ekspert Qubad İbadoğlu deyib. İqtisadçı bildirib ki, bu xəbər gözlənilən idi: 

"Çünki həqiqətən də Amerika iqtisadiyyatının mövcud durumu belə bir qərarın verilməsini şərtləndirir. Hətta iyunun 15-dəki iclasdan öncə də fikirlər var idi ki, növbəti iki toplantının birində uçot dərəcələri artırılacaq. Növbəti toplantı isə bu ayın sonunda baş tutacaq. Əgər ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) belə bir qərar qəbul edərsə, son nəticələr bütövlükdə ABŞ dollarının hökmran mövqeyini bir az da gücləndirəcək. Bu da istər-istəməz Azərbaycanın da valyuta bazarına psixoloji təsir göstərəcək və manata olan təzyiqləri artıracaq”. 

Ekspert bildirib ki, FES təsirləri idarə etmək və riskləri azaltmaq üçün birdəfəlik deyil, hər zaman olduğu kimi mərhələli yanaşmanı seçəcək. 

Q.İbadoğlu dolların bu dərəcədə möhkəmlənməsinin yol açacağı fəsadları açıqlayıb: 

"Düzdür, dollara yatırılan investisiyalar artacaq və etibarlı valyuta vahidi olaraq dollarla formalaşan valyuta səbəti daha da çoxalacaq. Bu da təbii ki, Amerika iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Ancaq dolların bu dərəcədə möhkəmlənməsinin müəyyən fəsadları olacaq. Bu proses idxal və ixrac məsələlərinə təsirsiz ötüşməyəcək. İstənilən halda ABŞ dolları ilə müqayisədə inkişaf etməkdə olan ölkələrdə (İEOÖ), o cümlədən, Çin və Rusiyanın bazarları ciddi şəkildə təsir altında qalacaq ki, nəticədə sözügedən ölkələrin milli valyutaları dəyərsizləşəcək”. 

Qeyd edək ki, Kanzas ştatının FES rəhbəri Ester Corc uçot dərəcəsinin artırılması ilə bağlı çıxış edib. O, bunu işsizlik səviyyəsinin normaya olduqca yaxın olması ilə əlaqələndirib və faizlərin artırılmasının riskləri minimuma endirəcəyini qeyd edib. 

Bundan öncə isə Amerika şirkət rəhbərləri FES-in 2016-cı ildə uçot dərəcəsini artırmayacağını bildirmişdilər. 

FES-in növbəti iclası 26-27 iyul tarixlərində baş tutacaq.