Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə edilib

13-07-2016, 23:51 Baxış: 234
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə edilib

İyulun 13-də Türkiyədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-nin sədri C.Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ə.Arslan bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlər sürətləndirilib. Bir çox tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq.

Tərəflər işlərin daha da sürətləndirilməsi üçün bütün qüvvələr səfərbər olunmasını qərara alıblar.