Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"Sınıq körpü"də insident, Gömrük Komitəsi açıqlama yaydı

13-05-2016, 14:58 Baxış: 286
 
 
Azərbaycanın Gürcüstanla sərhədində insident yaşanıb. Dövlət Gömrük Komitəsindən Tezis.az saytına verilən məlumata görə, kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstan Respublikasına səyahət edən həmsərhəd  rayonların bir qrup sakini  gömrük postunda  özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq uşaq bezləri, yuyucu vasitələr və ərzaq məhsulları üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib.
Gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da  həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalşıblar. Vəzifə borcunu yerinə yetrirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edən həmin şəxslər "Sınıq Körpü” gömrük keçid məntəqəsinin giriş və çıxışlarını bağlamağa cəhd göstərərək gömrük postunun fəaliyyətinə də  mane olmağa çalışıblar.
Tovuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub.
Hazırda "Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.