Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Daha bir şad xəbər: neft 141 dollar olacaq!

13-05-2016, 18:27 Baxış: 403
Daha bir şad xəbər: neft 141 dollar olacaq!Nazirlik 2040-cı ilədək olan dövrə dair proqnozları açıqlayıb.

ABŞ Energetika nazirliyi 2040-cı ilədək olan dövrü əhatə edən yenilənmiş proqnozunu dərc edib. Tezis.az xəbər verir ki, 2011-ci ildə 115 dollardan 2015-ci ildə 50 dollara düşən "qara qızıl"ın qiymətinin bir bareli 2040-cı ildə 141 dollar təşkil edəcək. Neftin istehlakının sutkalıq həcmi 31 milyon barel təşkil edəcək. "Bloomberg"in əməkdaşı Layem Denninq qeyd edir ki, bu göstərici ABŞ və Çində cari tələbata bərabərdir.Daha bir şad xəbər: neft 141 dollar olacaq!Tələbin minimal artımı İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının üzvü olmayan Avropa və Avrasiya ölkələrində, o cümlədənRusiyada gözlənilir. 


Proqnoza görə, 2040-cı ildə bu göstərici 14% təşkil edəcək. Zəif artımın səbəbi kimi proqnozda regionun əhalisinin sayının azalması və sovet dövründən qalma avadanlığın dəyişdirilməsi göstərilir.

  Denninqin fikirincə, tələbata görə proqnozun dəqiqliyi haqda danışmaq asan deyil. O yazır ki, neftə tələbatın artmasına səbəb əsasən də inkişafda olan ölkələrdə əhalinin sayının və onun gəlirlərinin atrmasıdır.

Proqnozda qeyd olunur ki, 2015-ci ildən başlayaraq dünyada neft hasilatının səviyyəsi sutkada 1 milyon barel olmaqla artmağa başlayacaq.Daha bir şad xəbər: neft 141 dollar olacaq!Burada qeyd etmək lazımdır ki, hazırda OPEC sutkada təqribən 33 milyon barel neft hasil edir, təşkilatın proqnozuna görə, 2040-cı ildə bu rəqəm 47 milyon barelə bərabər olacaq. Bununla əlaqədar "Bloomberg" hesab edir ki, gələcək tələbatı təmin etmək üçün yaxın 25 ildə kartel neft hasilatını Səudiyyə Ərəbistanının hazırkı hasilat həcmi qədər artırmalıdır. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, Nigeriyada neft yataqlarına hücumlar nəticəsində hasilat 20% düşüb, Venesuelada - dərin iqtisadi böhran tüğyan edir, İraq və Liviya isə ümumiyyətlə ərazilərinə nəzarəti itiriblər, Səudiyyə Ərəbistanı isə gələcəkdə neftdən daha az asılı olmaq istəyir.

ABŞ Energetika Nazirliyinin proqnozunda həmçinin digər enerji daşıyıcıları ixrac edən ölkələr üzrə də məlumatlar var. Proqnoza əsasən, 2040-cı ilə qədər Rusiya təbii qazın hasilatını 283 milyard kub m-dək artıracaq. Bu, əsasən Arktika və ölkənin şərq regionlarında olan yataqların işlənməsi nəticəsində mümkün olacaq.  Qaz hasilatının artmasının 44%-i Çin, ABŞ və Rusiyanın payına düşür.