Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərişıq 250 milyon dollar borca girdi

27-07-2016, 18:57 Baxış: 140

 Azərişıq 250 milyon dollar borca girdi

"Azərişıq” ASC və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıb. "Trend”in məlumatına görə, bunu AİB-in Bakı ofisindən deyiblər.

Saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması üçün ASC-yə kreditin ilk tranşının verilməsini nəzərdə tutur.

Sazişi iyulun 22-də "Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar.

 

5 illik güzəştli müddət olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.