Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Dollar sürətlə ucuzlaşmağa başlayıb

29-07-2016, 19:18 Baxış: 219
Dollar sürətlə ucuzlaşmağa başlayıb

ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb. 

Tezis.Az xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. "Bloomberg" agentliyinin sorğu keçirdiyi ekspertlər isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb. 

Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir. 

Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb. 

Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib. 

Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.