Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb

2-08-2016, 17:05 Baxış: 258
SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb
SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb.
Tezis.az xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov "Bloomberg News”a müsahibəsində məlumat verib. O, SOCAR-ın Türkiyəyə investisiyalarının risklərə baxmayaraq davam etdiyini söyləyib.
"İyun ayının sonuna SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə qoyuluşu həyata keçirib. Türkiyədə neft-kimya məhsullarına tələbat artıb. Ölkədə nafta əsaslı məhsullar isə təbii qaza nisbətən daha üstünlük təşkil edir”, - deyə Z.Qəhrəmanov əlavə edib.
Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, "Goldman Sachs” - 13 faiz.