Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı müzakirələrə başlayır...

16-05-2016, 08:48 Baxış: 253
SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı müzakirələrə başlayır...
Görüşün Yunanıstanda baş tutacağı deyilir.
 

SOCAR mayın 17-də Yunanıstan hökumətilə DESFA qaz operatorunda payın bir hissəsinin alınması üzrə danışıqların gedişini müzakirə edəcək. Hazırda DESFAilə bağlı danışıqlar davam etdirilir. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

"Mən bu yaxınlarda TAP-ın açılış mərasiminə gedəcəm və elə orada məsələ haqqında danışacağıq". Onun sözlərinə görə, tərəflərin hələ ki hansı faizlə pay istədikləri açıqlanmayıb.SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı müzakirələrə başlayır...2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlmişdi. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlamışdı. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlamışdılar. SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı müzakirələrə başlayır..."Fluxys” şirkəti Azərbaycan qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəql edəcək "Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsində 19 faizlik səhmə sahibdir.

R.Abdullayev "Cənub Qaz Dəhlizi" QSC-yə 7 mlrd. dollarlıq investisiya cəlb etmək niyyətində olduqlarını deyib. SOCAR rəhbəri deyib ki, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirlər. "Ümumiyyətlə, biz 7 milyard dollaradək ucuz və uzunmüddətli vəsait  cəlb etmək niyyətindəyik".

Tezis.Az