Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Manat funta qarşı 1%-dən artıq bahalaşıb

5-08-2016, 10:04 Baxış: 176

Manat funta qarşı 1%-dən artıq bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. 

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 4-ü ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5980 manat təşkil edib. 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,12% möhkəmlənərək 1,7797 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,83% bahalaşaraq 0,0242 manat səviyyəsinə yüksəlib. 

Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,5309 manat olub. 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0989 manatdır. Beləliklə, funt sterlinq 1,25%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi də 0,3% azalaraq 0,6763 manat təşkil edib.