Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Manat avro, lirə və funta qarşı bahalaşıb

29-08-2016, 10:14 Baxış: 169
Manat avro, lirə və funta qarşı bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. 

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 26-sı ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib. 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,74% zəifləyərək 1,8238 manat olub. 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası dəyişməyərək 0,0251 manat səviyyəsində qalıb. 

Türkiyə lirəsinin məzənnəsi 0,52% zəifləyərək 0,5515 manat olub. 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1364 manatdır. Beləliklə, funt sterlinq 0,64%-lik ucuzlaşma nümayiş etdirib. 

Gürcüstan larisinin məzənnəsi 0,11% artaraq 0,7133 manat təşkil edib.