Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Deputat:“Elektron xidmətlərin inkişafı qənaətə səbəb olacaq”

Deputat:“Elektron xidmətlərin inkişafı qənaətə səbəb olacaq”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev  avqustun  4-də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzaladı.

Hazırda Vergilər Nazirliyi tərəfindən sərəncamın icrası ilə bağlı ciddi işlər görülür.

Müşahidələrimiz də göstərir ki, sərəncamdan irəli gələrək ölkəmizin vergi sisteminin Təkmilləşdirilməsində elektron xidmətlərin inkişafina daha çox üstünlük verilir.

Vergilər Nazirliyi də vurğuladığı kimi,  Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb edilməsi və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi üzərində də işlər davam edir.

Son vaxtlar Vergilər Nazirliyi əsasən elektron, rəqəmsal ticarət istiqamətində vergi sistemin beynəlxalq standartalara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atır

Ölkəmizdə bu istiqamətdə görülən işlərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanın rəqəmsal  ticarətindəki Elektron xidmətlərin inkişafı Ümum Daxili Məhsulun (ÜDM) 2%-i həcmində iqtisadi qənaətə səbəb ola bilir.

Onun sözlərinə görə, Azərbaycanda vergi toplama sistemi maliyyə effektivliyinə görə dünyadakı ən effektiv toplama sisteminə çox yaxındır:

"Dünyada ən effektiv vergi(rüsum) yığılma sistemi Estoniya sistemi sayılır. Hər 100 avro vəsaitin toplanması üçün estonlar 0.4 avro xərcləyirlər (vergi və gömrük orqanlarının saxlanmasına büdcədən sərf olunan vəsait). Bu cür effektivliyə estonlar elektron xidmətlərin maksimal tətbiqi sayəsində nail olublar”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın vergi sistemi adı çəkilən ölkələrin vergi sisteminə çox yaxındır:

 "Azərbaycanda 2015-ci il üzrə büdcə rəqəmlərini təhlil etdikdə vergilərin(rüsumların) yığılmasının effektivlik əmsalı (büdcədən vergi və gömrük orqanlarının saxlanmasına ayrılan bütün vəsaitin büdcəyə yığılan vergi və gömrük rüsumlarına nisbəti) 0.46 dır. Yəni, hər 100 manat vəsaitin toplanması üçün büdcədən 0.46 manat xərclənir. Bu o demək ki, Azərbaycanda olan vergi toplama sistemi maliyyə effektivliyinə görə Estoniyaya, yəni, dünyadakı ən effektiv vergi yığılma sisteminə çox yaxındır. Müqayisə üçün deyək ki, vergi yığılmanın effektivlik əmsalı Türkiyədə 0.7, İtaliyada 1.0, Fransada 1.3, Almaniyada 1.4, Slovakiyada isə 3.0 dır. Bütün bunlarla yanaşı, ölkələr bu effektivlik əmsalını daim yaxşılaşdırmaq yollarını axtarır. Təkmilləşdirmə yollarından ən əsaslarından biri elektron xidmətlərin inkişafı sayılır. Avropa Birliyi Komissiyalarının hesablamalarına görə Elektron Xidmətlər və Elektron Sənəd Dövriyyəsinin (kağızdan imtina) tam tətbiqi Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarında ÜDM-in 2% -i həcmində qənaətə səbəb olacaq”.

Deputat:“Elektron xidmətlərin inkişafı qənaətə səbəb olacaq”

Tahir Mirkişili hesab edir ki,  bu beynəlxalq təcrübəni ölkəmizdə də tətbiq etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək:

"ÜDM-in 2%-i və ya bütün hüquqi şəxslərin mənfəət vergisi həcminin 50% -i həcmində qənaətə səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisinin ümumi həcmi ölkənin ÜDM-nin 4% həcmində olub. Bu qanunauyğunluğu ölkəmizə də tətbiq etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatında ÜDM-in 2%-i və ya bütün hüquqi şəxslərin mənfəət vergisi həcminin 50% -i həcmində qənaətə səbəb ola bilər. Bu isə mütləq ifadədə 1 milyard 100 milyon manat qənaət və ya əlavə investisiya dəyəri deməkdir”.

Millət vəkili xatırladıb ki, bu ilin avqust ayının 4-də ölkə Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı yuxarıda deyilən məsələləri də hədəfləməklə ölkə iqtisadiyyatında böyük artıma səbəb olacaq:

"Aparılan islahatların iqtisadiyyata verdiyi əlavə dəyərlər, yuxarıda göstərildiyi kimi, hələ təkcə bir istiqamətdə milyardlarla manat dəyərində ölçülməkdədir”.