Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Sahib Ələkbərov: "İri supermarket şəbəkələri ərköyünlük edir"

18-05-2016, 11:57 Baxış: 344
 

Sahib Ələkbərov: "İri supermarket şəbəkələri ərköyünlük edir"

 

"Azərbaycanda iri supermarket şəbəkələri ərköyünlük edir".

Bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.

"2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15, hətta 40 dəfə aşağı göstərənlər var.
ƏDV istehlak vergisidir. Bunun iri supermarket şəbəkələrinə aidiyyatı var. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar. Bizə misal çəkirlər. Bəzi ölkələrdə kənd təsərrüfatı məhsullarına ƏDV tətbiq olunmur. Bu, çox diletant yanaşmadır. Axı həmin ölkələrdə kənd təsərrüfatında güzəştlər yoxdur", - deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.

*** 
Azərbaycanın vergi orqanlarında islahatlar davam edir.
Bunu bu gün Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, həm qanunvericilik, həm də vergi inzibatçılığında islahatlar davam edir: "Bu islahatlar büdcənin vergi daxilolmalarının artırılmasına xidmət edir. Dörd ayın nəticələrinə görə, vergi daxilolmaları ilə bağlı proqnoz tapşırığa 104,8% əməl edilib. Bu, gərgin əmək sayəsində mümkün olub. Sahibkarlarımızın vergi yükü kifayət qədər azaldılıb. Sahibkarlıq subyektlərində bütün yoxlamalar dayandırılıb. Beynəlxalq təşkilatlar, maliyyə təşkilatlar da qeyd edirlər ki, Azərbaycanda vergi yükü digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Lakin bəzi sahibkarlar yoxlamaların azalmasından sui-istifadə edir ki, bu da büdcəyə təsir edir. Vergi orqanları şəffaf şəkildə fəaliyyət göstərir. Sahibkarlar da fəaliyyətlərini şəffaflıq prinsipləri üzərində qursalar, inandırım siz iki, vergi daxilolmaları faizlə yox, dəfələrlə artar"./APA