Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“ANS ÇM”-in lisenziyasının ləğvi barədə MTRŞ-nın qərarından verilən şikayət təmin edilməyib

9-09-2016, 18:50 Baxış: 541
“ANS ÇM”-in lisenziyasının ləğvi barədə MTRŞ-nın qərarından verilən şikayət təmin edilməyib

 Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə "ANS ÇM Yayım və Media” Şirkətinin iddiası təmin edilməyib. 

Qeyd edək ki, əvvəlki prosesdə ANS-in vəkili hakimin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. ANS-in vəsatəti təmin olunub, iş hakim Elçin Məmmədovdan alınaraq Müseyib Bayramovun icraatına verilib.  

Xatırladaq ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. 

"ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.