Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Natiq Əliyev: "Bu il neftin qiyməti 60 dolları keçməyəcək"

 Natiq Əliyev: "Bu il neftin qiyməti 60 dolları keçməyəcək"

Dünya bazarında neftin bir barelinin qiyməti bu il60 dollar həddini keçməyəcək.


Tezis.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev ANS-ə müsahibəsində bildirib.

"Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. 

Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək", - deyə N.Əliyev qeyd edib.

Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir. Nazir 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.