Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Bakıda metronun qarşısında qətl törədilib

14-12-2016, 18:46 Baxış: 164
Bakıda metronun qarşısında qətl törədilib

Bakıda metronun qarşısında öldürülən şəxsin kimliyi məlum olub.

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, araşdırmalar zamanı qətlə yetirilən şəxsin 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov olması müəyyən edilib. 

İlkin məlumata görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun "Memar Əcəmi” stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.