Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Atanı baltaladılar, oğulun qulaqlarını kəsdilər- Lerikdə dəhşətli olay

28-05-2016, 13:27 Baxış: 778
Atanı baltaladılar, oğulun qulaqlarını kəsdilər- Lerikdə dəhşətli olay 
Bu gecə Lerik rayonunun Veri kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Gecə saatlarında 72 yaşlı Əbil İsiyevin evinə gələn qohum və qonşulardan ibarət dəstə üzvləri onu baltaladıqdan sonra oğlu, 37 yaşlı Rafael İsiyevin qulaqlarını kəsib. Ata və oğlunu döydükdən sonra onlar 37 yaşlı kişinin qulaqlarını elə ailə üzvlərinin gözü qarşısında balta ilə tamamilə kəsiblər.
 
Səhər saatlarında ata və oğlu təcili tibbi yardım maşını iləı Lənkəran şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı 72 yaşlı kişinin həyatı üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib və Əbil İsiyev ambulator müalicəyə yazılıb. Onun oğlu isə xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirib ki, R.İsiyev xeyli qan itirib və onun qulaqlarını yerinə tikmək mümkün deyil. Bərpaolunma prosesindən sonra R.İsiyevə ixtisaslaşmış xəstəxanalardan birində protez qulaq qoymaq mümkün olacaq. 
Hazırda Lerikin Veri kəndində istintaq və əməliyyat-axtarış qrupları işləyir. Hadisəni törədən şəxslərin kimliyi gün ərzində dəqiqləşdiriləcək və məsuliyyətə cəlb olunacaqlar.
Tezis.az